“Marsel” səfərdə “Oser”dən üstün olub

Xəbərlər
2 Noyabr 2025 02:26
44
“Marsel” səfərdə “Oser”dən üstün olub

Fransa çempionatının 11-ci turunun “Oser” və “Marsel” komandaları arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Stade Abbey Deşam” stadionunda (Oser) oynayıblar.

Matç qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Marselin yarımmüdafiəçisi Anxel Qomes oyunun yeganə qolunu 30-cu dəqiqədə vurub.

İkinci hissənin 65-ci dəqiqəsində “Marsel”li müdafiəçi Ulisses Qarsiya qırmızı vərəqə alaraq meydandan qovulub.

Oyunun sonlarında, 90+3-cü dəqiqədə “Oser”in müdafiəçisi Sinali Diomande ikinci sarı vərəqə alaraq meydançanı tərk edib.

11 oyundan sonra “Marsel” 22 xalla Liqa 1-in turnir cədvəlində ikinci yerdədir. “Oser” Fransa çempionatında yeddi xalla sonuncudan sonra ikinci, 17-ci yerdədir.

İdman.Biz