“Kristal Palas” “Brentford”dan üstün olub

Xəbərlər
1 Noyabr 2025 21:05
35
“Kristal Palas” “Brentford”dan üstün olub

İngiltərə Premyer Liqasının 10-cu turunun “Kristal Palas” “Brentford”u qəbul edib.

İdman.Biz bildirir ki, komandalar Londondakı “Selhurst Park” stadionunda qarşılaşıblar. “Kristal Palas” 2-0 hesabı ilə qalib gəlib.

30-cu dəqiqədə ev sahibi komandanın hücumçusu Jan-Filip Mateta fərqlənib. 51-ci dəqiqədə “Brentford”un müdafiəçisi Natan Kollins öz qapısına qol vurub.

“Brentford” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 oyundan 13 xalla 11-ci yerdədir. “Kristal Palas” 16 xalla altıncı yerdədir.

İdman.Biz