Almaniya Bundesliqasının 9-cu turunda “RB Leypsiq” və “Ştutqart” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, “RB Leypsiq” oyunu 3-1 hesabı ilə qazanıb. Oyun Leypsiqdə keçirilib.
45-ci dəqiqədə Yulian Habot öz qapısına qol vuraraq ev sahibi komandaya üstünlük qazandırıb. Yan Diomande 53-cü dəqiqədə üstünlüyü ikiqat artırıb. Tiaqo Tomaş 65-ci dəqiqədə qollardan birinin əvəzini çıxıb. Romulo meydan sahiblərinin üçüncü qolunu 90+1-ci dəqiqədə vurub.
Bu oyundan sonra “RB Leypsiq” 22 xalla Almaniyanın yüksək liqasında ikinci, “Ştutqart” isə 18 xalla dördüncü yerdədir.
Növbəti turda “RB Leypsiq” səfərdə “Hoffenhaym”la, “şvablar” isə öz meydanlarında “Augsburg”la oynayacaqlar.
