“Liverpul”un baş məşqçisi Arne Slot, Rayan Qravenberh, Aleksander İsak və Kertis Consun səhhəti barədə danışıb.
İdman.Biz bildirir ki, noyabrın 1-də klub “Enfild”də Premyer Liqanın 10-cu turu çərçivəsində “Aston Villa” ilə qarşılaşacaq.
“Rayan dünən bizimlə məşq etdi. Bu gün də məşq var. Bundan sonra onun əsas heyətdə olub-olmayacağına qərar verəcəyik. İsak və Cons hələ məşq etməyiblər. Şənbə günü heyətdə olmayacaqlarına 99,9% əminik. Dəfələrlə dediyim kimi, sağalmanın son mərhələlərində işlər bir az yavaşlaya və ya sürətlənə bilər. Gözləyək görək nə olacaq”, - Slot klubun rəsmi saytında bildirib.
Premyer Liqanın doqquz oyunundan sonra “Liverpul”un 15 xalı var və turnir cədvəlində yeddinci yerdədir.
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    