“Bu, sizin sonuncu qələbənizdir” – “Barselona” revanş arzusundadır

Xəbərlər
31 Oktyabr 2025 01:30
40
“Bu, sizin sonuncu qələbənizdir” – “Barselona” revanş arzusundadır

“Barselona” La Liqanın 10-cu turunda “Real Madrid”ə 2-1 hesabı ilə məğlubiyyətlə barışıb, lakin komandanın soyunub-geyinmə otağında tarixi rəqibləri ilə ev oyununda daha yaxşı nəticə əldə edə biləcəklərinə inanırlar.

Bu barədə İdman.Biz “Catalunya Radio”ya istinadən məlumat verir.

Məlumata əsasən, oyundan dərhal sonra “blauqrana”nın liderlərindən biri soyunub-geyinmə otağında bəyan edib: “Qoy bundan həzz alsınlar. Bu, onların bu mövsüm bizi məğlub etdikləri sonuncu dəfədir”.

Bu açıqlamanı verən oyunçunun kimliyi açıqlanmayıb, lakin onun adətən belə açıqlamalar vermədiyi vurğulanıb. Çıxış onun digər komanda yoldaşları tərəfindən yaxşı qarşılanıb və onlar inanırlar ki, qısa müddətdə ən yaxşı formalarına qayıda bilərlər.

Komandalar növbəti dəfə 35-ci turda (10 may) La Liqada qarşılaşacaqlar.

İdman.Biz