“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı klublarının əsas transfer hədəfi olaraq qalır.
İdman.Biz-in “TBR Football”a istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçuya ildə təxminən 150 milyon funt sterlinq (170 milyon avro) maaş təklif olunur.
Məlumata əsasən, misirli oyunçuya gələcəkdə klubda pay və turizm səfiri olmaq imkanı da təklif olunur.
Vurğulanır ki, bu təklifi qəbul etməklə Salah təxminən 175 milyon funt sterlinq (200 milyon avro) maaş aldığı təxmin edilən “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldoya yaxın maaş almağa başlayacaq.
Bu mövsüm Salah bütün yarışlarda 13 oyunda meydana çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
