FIFPro (Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası) 2025-ci ilin ilin komandasına namizədlərini açıqlayıb.
İdman.Biz bildirir ki, namizədlər siyahısına 20.000-dən çox futbolçu tərəfindən səsvermə yolu ilə seçilmiş 26 oyunçu daxildir.
Qapıçılar: Alisson (“Liverpul”, Braziliya), Tibo Kurtua (“Real Madrid”, Belçika), Canluici Donnarumma (PSJ/“Mançester Siti”, İtaliya);
Müdafiəçilər: Trent Aleksandr-Arnold (“Liverpul”/“Real Madrid”, İngiltərə), Pau Kubarsi (“Barselona”, İspaniya), Vircil van Dayk (“Liverpul”, Niderland), Əşrəf Hakimi (PSJ, Mərakeş), Markinyos (PSJ, Braziliya), Nuno Mendeş (PSJ, Portuqaliya), Vilyam Saliba (“Arsenal”, Fransa);
Yarımmüdafiəçilər: Cud Bellingem (“Real Madrid”, İngiltərə), Kevin De Bruyne (“Mançester Siti”/“Napoli”, Belçika), Luka Modriç (“Real Madrid”/“Milan”, Xorvatiya), Joao Neveş (PSJ, Portuqaliya), Koul Palmer (“Çelsi”, İngiltərə), Pedri (“Barselona”, İspaniya), Federiko Valverde (“Real Madrid”, Uruqvay), Vitinya (PSJ, Portuqaliya);
Hücumçular: Usman Dembele (PSJ, Fransa), Erlinq Haland (“Mançester Siti”, Norveç), Kilian Mbappe (Real Madrid”, Fransa), Lionel Messi (“İnter Mayami”, Argentina), Rafinya (“Barselona”, Braziliya), Kriştiano Ronaldo (“Əl-Nəsr”, Portuqaliya), Məhəmməd Salah (“Liverpul”, Misir), Lamin Yamal (“Barselona”, İspaniya).
Simvolik komandanın yekun heyəti 3 noyabrda açıqlanacaq.
Keçən ildən bəri futbolçular həmkarlar ittifaqı ilin komandasını müstəqil olaraq seçir. Əvvəllər bu, FIFA ilə birlikdə “Ən Yaxşı” mükafatları çərçivəsində edilirdi.
