İspaniya La Liqasının mətbuat xidməti İspaniya çempionatının 10-cu turunda “Real Madrid” və “Barselona” arasında keçiriləcək “el klassiko”nu Marvel mövzulu afişa ilə anons edib.
İdman.Biz xəbər verir ki, komandalar 26 oktyabr bazar günü Madriddəki “Santyaqo Bernabeu” stadionunda oynayacaqlar.
Oyun öncəsi yayılan afişada hücumçular Kilian Mbappe və Lamin Yamalın cizgi stilində şəkilləri yer alıb. Şəkildə onlarla birlikdə komiks qəhrəmanları "Hulk" və "İron Man" da təsvir edilib.

“Real” və “Barselona” İspaniya La Liqasının turnir cədvəlində müvafiq olaraq birinci və ikinci yerdədirlər.
“Real” doqquz oyundan 24 xal, “Barselona” isə eyni sayda matçdan 22 xal toplayıb. Kataloniyalılar üçüncü yerdən beş xal qabaqdadırlar.
