“Marsel” “Lans”a uduzaraq üçüncü yerə düşüb

Xəbərlər
26 Oktyabr 2025 01:50
38
“Marsel” “Lans”a uduzaraq üçüncü yerə düşüb

Fransa Liqa 1-in 9-cu turunda “Lans” “Marsel”I qəbul edib.

İdman.Biz bildirir ki, meydan sahibləri 2-1 hesablı qələbə qazanıblar.

17-ci dəqiqədə Meyson Qrinvud “Marsel”I irəli çıxarıb. 23-cü dəqiqədə “Lans”ın hücumçusu Odson Eduard hesabı bərabərləşdirib. 53-cü dəqiqədə qonaq komandanın müdafiəçisi Benjamen Pavar topu öz qapısına vurub.

“Lans” qələbə sayəsində “Marsel”i keçərək turnir cədvəlində ikinci yerə yüksəlib. Komandanın aktivində 19 xal var ki, bu da lider PSJ-dən bir xal azdır. “Marsel” 18 xalla üçüncü yerdədir.

İdman.Biz