“Borussiya Dortmund” artırılmış vaxtda vurulan qolla qalib gəlib

Xəbərlər
25 Oktyabr 2025 22:50
41
“Borussiya Dortmund” artırılmış vaxtda vurulan qolla qalib gəlib

Almaniya Bundesliqasının 8-ci turunda “Borussiya Dortmund” “Köln”ü qəbul edib.

İdman.Biz bildirir Dortmund təmsilçisi bu oyunda 1-0 hesabı ilə qələbə qazanıb.

Maksimilian Bayer bu matçın yeganə qolunu 90+6-cı dəqiqədə vurub.

Bu oyundan sonra “Borussiya Dortmund” turnir cədvəlində 17 xalla üçüncü, “Köln” isə 11 xalla səkkizinci yerdədir.

Növbəti turda “qara-sarılar” oktyabrın 31-də səfərdə “Auqsburq”la, “qırmızı-ağlar” isə noyabrın 2-də evdə “Hamburq”la qarşılaşacaqlar.

İdman.Biz