İngiltərə Premyer Liqasının 9-cu turunda “Mançester Yunayted” lə “Brayton” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, oyunda “mankunianlılar” 4-2 hesabı ilə qalib gəliblər.
Mateus Kunya 24-cü dəqiqədə “qırmızı şeytanlar”ı hesabda irəli çıxarıb. 34-cü dəqiqədə Kazemiro komandanın üstünlüyünü iki topa çatdırıb.
61-ci dəqiqədə isə “mankunianlılar”dan Brayan Mbemo fərqlənib. 74-cü dəqiqədə Denni Uelbek hesab arasındakı fərqi azaldıb. Xaralampos Kostulas 90+2-ci dəqiqədə “qağayılar”ın oyundakı ikinci qolunu vurub. Mbemo 90+7-ci dəqiqədə oyunda iki qolunu vuraraq hesabı 4-2 edib.
Bu oyundan sonra “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 16 xalla dördüncü, “Brayton” isə 12 xalla 12-cidir.
“Qırmızı şeytanlar” növbəti matçda 1 noyabrda səfərdə “Nottinqem Forest”lə qarşılaşacaqlar, “qağayılar” isə həmin gün “Lids Yunayted”i qəbul edəcəklər.
