A Seriyasında “Parma” “Komo” ilə heç-heçə edib, “Udineze” isə çətin qələbə qazanıb

Xəbərlər
25 Oktyabr 2025 20:14
40
A Seriyasında “Parma” “Komo” ilə heç-heçə edib,  “Udineze” isə çətin qələbə qazanıb

İtaliya çempionatının səkkizinci turunda “Parma” “Komo” ilə heç-heçə edib.

İdman.Biz bildirir ki, Parmada keçirilən oyun 0-0 hesabı ilə başa çatıb.

“Parma” A Seriyasının turnir cədvəlində yeddi xalla 15-ci, “Komo” isə altıncı (13 xal) yerdədir.

Növbəti turda “Parma” səfərdə “Roma” ilə, “Komo” isə “Verona” ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 29-da keçiriləcək.

Turun digər oyununda “Udineze” evdə “Leççe”ni 3-2 hesabı ilə məğlub edib.

Hesabı 16-cı dəqiqədə meydan sahiblərindən Yesper Karlstryom açıb. 37-ci dəqiqədə Kinan Devis hesab arasındakı fərqi artırıb.

59-cu dəqiqədə Medon Berişa hesab arasındakı fərqi azaldıb. 89-cu dəqiqədə Adam Buksa hesabı 3:1 edib. 90+6-da Konan N’DRi oyunun yekun hesabını müəyyən edib.

İdman.Biz

Məqalədə: