Türkiyə Super Liqasında oynayan hücumçu ölkəsinin ən yaxşı futbolçusu seçilib - FOTO

31 Yanvar 2026 11:40
116
Türkiyə Super Liqasında oynayan hücumçu ölkəsinin ən yaxşı futbolçusu seçilib - FOTO

Türkiyənin “Başakşehir” klubunun özbəkistanlı hücumçusu Eldor Şomurodov 2025-ci il üçün Özbəkistanın ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyası məlumat yayıb.

Bu mövsüm Eldor Şomurodov İstanbulun “Başakşehir” klubunun heyətində 27 oyun keçirib, 13 qol vurub və beş məhsuldar ötürmə edib.

Məlumat üçün əlavə edək ki, Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. 2026-cı il dünya çempionatı iyunun 9-dan iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək.

İdman.Biz