Almaniya Bundesliqasının 8-ci turunda “Ayntraxt Frankfurt” və “Sankt-Pauli” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, “qartallar” qarşılaşmada 2-0 hesabı ilə qələbə qazanıblar.
Hesabı 35-ci dəqiqədə Conatan Burkhardt açıb. 56-cı dəqiqədə Burkhardt ikinci qolunu vurub.
Bu oyundan sonra “Ayntraxt Frankfurt” Almaniya yüksək divizionunda 13 xalla altıncı, “Sankt-Pauli” isə yeddi xalla 14-cü yerdədir.
Bu turun bir başqa qarşılaşmasında “Hoffenhaym” və “Haydenhaym” üz-üzə gəliblər. Oyun “Hoffenhaym”ın 3:1 hesablı qələbəsi ilə qurtarıb.
Qolları “Hoffenhaym”dan Fisnik Aslani (18), Tim Lemperle (45+2) və Andrey Kramariç (63) vurublar. “Haydenhaym”ın yeganə qoluna Ştefan Şimmer (75) imza atıb.
