Almaniya Bundesliqasının 8-ci turunda “Auqsburq” “RB Leypsiq”lə qarşılaşıb.
İdman.Biz bildirir ki, oyun “RB Leypsiq”un 6-0 hesablı qələbəsi ilə qurtarıb.
Yan Diomande 10-cu dəqiqədə hesabı açıb. Romulo 18-ci dəqiqədə komandasının üstünlüyünü artırıb, Antonio Nousa 22-ci dəqiqədə, Kristof Baumqartner isə 38-ci dəqiqədə hesabı 4:0-a çatdırıblar. İkinci hissədə Assan Uedraoqo 56-cı dəqiqədə, Kastello Lukeba isə 65-ci dəqiqədə fərqləniblər.
Bu oyundan sonra “Auqsburq” yeddi xalla 15-ci, “RB Leypsiq” isə 19 xalla ikinci yerdədir.
Turun digər oyununda “Hamburq” “Volfsburq” u qəbul edib. Oyun 1:0 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb. Yeganə qolu 15-ci dəqiqədə Adam Dagim vurub.
“Hamburq” bu oyundan sonra 8 xalla 13-cü yerdədir. “Volfsburq” də 8 xal toplayıb və 12-ci yerdə qərarlaşıb.
