“Lids Yunayted” erkən qolların sayəsində Premyer Liqanın doqquzuncu turunda “Vest Hem”i məğlub edə bilib.
İdman.Biz xəbər verir ki, üçüncü dəqiqədə Noa Okaforun başla vurduğu topu qapıçı dəf etsə də, Brenden Aaronson təkrar zərbə ilə topu qapıdan keçirib - 1-0.
15-ci dəqiqədə rəqib cərimə meydançasında sərbəst qalmış Co Rodon topu başla yaxın küncə göndərərək hesabı 2-0-a çatdırıb.
90-cı dəqiqədə qonaqların oyunçusu Bouenin cərimə meydançasına ötürməsini Mateuş Fernandeş qola çevirib - 2-1.
Oyun bu hesabla başa çatıb və meydan sahibləri hazırda 11 xalla 13-cü yerdədirlər. “Vest Hem”in dörd xalı var və onlar sondan ikinci yerdədirlər.
