“Verder” minimal hesabla “Union”u məğlub edib - VİDEO

Xəbərlər
25 Oktyabr 2025 01:03
44
“Verder” minimal hesabla “Union”u məğlub edib - VİDEO

Almaniya Bundesliqasının 8-ci turunda “Verder” “Union”u qəbul edib.

İdman.Biz bildirir ki, qarşılaşma Bremendəki “Voninvest Veserstadion”da keçirilib.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə qurtarıb.

Matçın yeganə qolunu 72-ci dəqiqədə Marko Qryull vurub.

Bu oyundan sonra “Verder” 11 xalla 7-ci yerdədir. 1 xal az toplamış Berlin klubu isə 10-cu yerdə qərarlaşıb.

İdman.Biz