“Napoli”nin 22 yaşlı danimarkalı hücumçusu Rasmus Hoylund komandasının 8-ci turda “İnter”lə qarşılaşmasında iştirak etməyəcək.
İdman.Biz bildirir ki, oyun oktyabrın 25-də Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçiriləcək.
“Sky Sport Italia”nın məlumatına görə, danimarkalı futbolçunun hələ də əzələ zədəsi sağalmayıb. Daha əvvəl “Napoli”nin Hoylundun “İnter”ə qarşı vacib oyuna hazır olacağına əmin olduğu bildirilirdi, lakin son məşqi zamanı onun kifayət qədər formada olmadığı məlum olub.
Oyunçu bu mövsüm klubun heyətində bütün yarışlarda altı oyuna çıxıb və dörd qol vurub. O, bu mövsüm “Napoli”nin ən çox qol vuran oyunçusudur.
UEFA Çempionlar Liqasının ümumi mərhələsində “Napoli” “Qarabağ”ın rəqibidir. Komandalar arasında oyun noyabrın 26-da Neapolda keçiriləcək.
