PAOK bol qollu oyunda “Lill”ə qalib gəlib - VİDEO

Xəbərlər
24 Oktyabr 2025 01:22
49
PAOK bol qollu oyunda “Lill”ə qalib gəlib - VİDEO

Avropa Liqasında “Lill” və PAOK arasında keçirilən 3-cü tur matçı başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun Fransadakı “Dekatlon Arena – Pyer Morua” stadionunda keçirilib.

Matç qonaqların 4-3 hesablı qələbəsi ilə başa çatıb.

Yunanıstan klubundan Sualiho Meyte, Andriya Jivkoviç (dubla imza atıb) və Yannis Konstantelias qol vurublar. Fransa komandasından isə Benjamin Andre və Hamza İqamane (dublla) qolla fərqləniblər.

Növbəti turda Bruno Jenezionun klubu “Srvena Zvezda” (6 noyabr) ilə, PAOK komandası isə “Yanq Boyz” (6 noyabr) ilə qarşılaşacaq.

İdman.Biz