UEFA Avropa Liqasının üçüncü turunda “Roma” “Viktoriya Plzen”i (Çexiya) qonaq edib.
İdman.Biz bildirir ki, Çexiya komandası oyunda 2-1 hesabı ilə qələbə qazanıb.
Prins Adu 20-ci dəqiqədə hesabı açdı, Şeyk Suare isə 23-cü dəqiqədə fərqi iki topa çatıdırb. Paulo Dibala 54-cü dəqiqədə penaltidən dəqiq zərbə endirərək hesab arasındakı fərqi azaldıb.
Bu oyundan sonra “Roma”nın üç xalı var, “Viktoriya Plzen” isə yeddi xal toplayıb.
Növbəti turda “Roma” 6 noyabrda “Reyncers”lə, “Viktoriya Plzen” isə həmin gün “Fənərbaxça” ilə qarşılaşacaq.
