Mbappe: “Gəlin həmin ruhda davam edək, “el klasiko” gəlir”

Xəbərlər
24 Oktyabr 2025 00:32
36
Mbappe: “Gəlin həmin ruhda davam edək, “el klasiko” gəlir”

“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının üçüncü turunda “Yuventus”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra komandasını eyni əhval-ruhiyyəni saxlamağa çağırıb.

İdman.Biz-in məlumatına görə, fransalı futbolçu sosial media hesabında bu barədə yazıb:

“Komanda düzgün yoldadır. Gəlin elə həmin ruhda da davam edək. İrəlidə “El klasiko” var. Görüşənədək, madridlilər”.

“Real” İspaniya La Liqasının 10-cu turunda “Barselona” ilə qarşılaşacaq. Oyun bazar günü Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

La Liqanın 9 turundan sonra “Real Madrid” 24 xalla birinci yerdədir. “Barselona”nın 22 xalı var və ikinci yerdədir.

İdman.Biz