UEFA Çempionlar Liqasında həftənin komandasını təqdim edib

Xəbərlər
23 Oktyabr 2025 20:48
39
UEFA Çempionlar Liqasında həftənin komandasını təqdim edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) özünün X sosial media səhifəsində Çempionlar Liqasında həftənin komandasını təqdim edib.

İdman.Biz həmin komandanı təqdim edir:

Qapıçı: Qulyelmo Vikario (“Tottenhem”).

Müdafiəçilər: Nunu Mendeş (PSJ), Qabriel Maqalyayns (“Arsenal”), Vircil van Deyk (“Liverpul”), Denzel Dumfris (“İnter”).

Yarımmüdafiəçilər: Fermin Lopes (“Barselona”), Feliks Nmeça (“Borussiya Dortmund”), Lenart Karl (“Bavariya”).

Hücumçular: Entoni Qordon (“Nyukasl”), Qorka Quruzeta (“Atletik”), Dennis Man (PSV).

PSJ Çempionlar Liqasının hazırkı çempionudur. Ötən mövsümün finalında Paris klubu "İnter"i 5:0 hesabı ilə məğlub edib.

İdman.Biz