Fermin Lopes Çempionlar Liqasında həftənin oyunçusudur - VİDEO

23 Oktyabr 2025 19:10
263
Fermin Lopes Çempionlar Liqasında həftənin oyunçusudur - VİDEO

Yarımmüdafiəçi Fermin Lopes Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

İdman.Biz bildirir ki, “Barselona”nın oyunçusu ümumi mərhələnin üçüncü turunda “Olimpiakos” üzərində 6:1 hesablı qələbədə birbaşa rol oynayıb. O, 7, 38 və 76-cı dəqiqələrdə üç qola imza atıb.

Yarımmüdafiəçi “Olimpiakos”un qapısına üç qol vurmaqla Çempionlar Liqasında “Barselona”nın heyətində het-trikə imza atan ilk ispan kimi tarixə düşüb.

Mükafata həmçinin Dennis Man (PSV), Feliks Nmeça (“Borussiya Dortmund”) və Qorka Quruzeta (“Atletik”) namizəd olublar.

İdman.Biz