“Çelsi”nin oyunçuları bir oyunda klub rekordunu iki dəfə yeniləyiblər

Xəbərlər
23 Oktyabr 2025 02:07
55
“Çelsi”nin oyunçuları bir oyunda klub rekordunu iki dəfə yeniləyiblər

“Çelsi”nin cinah oyunçusu Estevao Çempionlar Liqasının ən gənc qolçusu olmaqla klubun rekordunu yeniləyib.

İdman.Biz-in “Opta Sport”a istinadən verdiyi məlumata görə, 18 yaşlı braziliyalı (18 yaş 181 gün) 3-cü turda “Ayaks”la oyunun birinci hissəsində penaltini dəqiq yerinə yetirib. Bununla o, eyni oyunda daha əvvəl ispan Mark Qiunun (19 yaş 292 gün) vurduğu rekordu yeniləyib.

Bu oyundan əvvəlki rekord 2019-cu ildə “Ayaks”a da qol vuran Ris Ceymsə (19 yaş 332 gün) məxsus olub.

“Çelsi” - “Ayaks” qarşılaşması 5:1 hesabı ilə londonluların xeyrinə başa çatıb.

İdman.Biz