Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Çelsi” “Ayaks”ı darmadağın etdi – VİDEO - İdman və Biz

“Çelsi” “Ayaks”ı darmadağın etdi – VİDEO

Xəbərlər
23 Oktyabr 2025 01:33
57
“Çelsi” “Ayaks”ı darmadağın etdi – VİDEO

Çempionlar Liqasının üçüncü turunda London “Çelsi”si ilə Amsterdamın “Ayaks” klubunun oyunu yekunlaşıb.

İdman.Biz-in məlumatına görə, qarşılaşma Londondakı "Stemford Bric"də baş tutub.

Qonaqlar 15-ci dəqiqədən - Kennet Taylor meydandan qovulduqdan sonra bir nəfər azlıqda qalıblar.

18-ci dəqiqədə Mark Qiu hesabı açıb, 27-ci dəqiqədə Moyses Kaysedo fərqi ikiyə çatdırıb, 33-cü dəqiqədə Vaut Veqorst penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaldıb. Daha sonra meydan sahiblərindən Enzo Fernandes (45) və Estevao (45+6) penaltiləri qola çeviriblər, Tayrik Corc (48) matça son nöqtəni qoyub.

Bu qələbədən sonra “Çelsi”nin 6 xalı var və o, Çempionlar Liqasının turnir cədvəlinin ortasındadır. “Ayaks” xalı olmadığı üçün cədvəlin sonuncu pilləsində qərarlaşıb.

Növbəti turda noyabrın 5-də “Çelsi” səfərdə “Qarabağ”la qarşılaşacaq, “Ayaks” isə “Qalatasaray”ı qəbul edəcək.

İdman.Biz