“Liverpul”un baş məşqçisi Arne Slot ardıcıl dörd dəfə məğlubiyyətə uğrayan komandanın uğursuzluq seriyasını şərh edib.
İdman.Biz-in məlumatına görə, “qırmızılar” Çempionlar Liqası çərçivəsində bu gün səfərdə “Ayntraxt Frankfurt”la qarşılaşacaq.
“Əvvəlki matçda qalib gəlməyimizin və ya uduzmağımızın fərqi yoxdur. Əgər “Liverpul”da oynayırsansa və bu formanı geyinirsənsə, məqsədin hər oyunda qalib gəlməkdir. Mövsümə ardıcıl yeddi qələbə ilə başlamışıq və növbəti üç qələbəni qazanmaq istəyirdik, amma bu, baş vermədi. İndi dörd məğlubiyyətimiz var və əlbəttə ki, qələbə ritminə qayıtmaq istəyirik. Amma dediyim kimi, fərqi yoxdur, siz dörd oyunda ardıcıl uduzmusuz, ya udmusuz. Əsl “Liverpul” həmişə qalib gəlmək üçün oynamalıdır”, – Slot deyib.