“Qalatasaray” Osimhenin dublu ilə qalib gəlib - VİDEO

Xəbərlər
22 Oktyabr 2025 22:47
52
“Qalatasaray” Osimhenin dublu ilə qalib gəlib - VİDEO

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin üçüncü turuna “Qalatasaray” – “Budyo Qlimt” yekun vurulub.

İdman.Biz bildirir ki, İstanbul klubu 3:1 hesabı ilə qalib gəlib.

Viktor Osimhen 3-cü dəqiqədə meydan sahiblərini hesabda önə keçirib. Osimhen 33-cü dəqiqədə dubl edib. Yunus Akgün 60-cı dəqiqədə “Qalatasaray”ın üçüncü qolunu vurub. 76-cı dəqiqədə Andreas Helmersen hesab arasındakı fərqi azaldıb.

Bu oyundan sonra “Qalatasaray” altı xalla Çempionlar Liqasının cədvəlinin ortasındadır. “Budyo Qlimt”in isə iki xalı var.

Növbəti turda “Qalatasaray” noyabrın 5-də səfərdə “Ayaks”la oynayacaq. Noyabrın 4-də isə “Budo-Qlimt” “Monako”nu qəbul edəcək.

İdman.Biz

Məqalədə: