UEFA Çempionlar Liqasının üçüncü turunda “Monako” və Londonun “Tottenhem Hotspur” komandaları qarşılaşıblar.
Görüş “Lui II” stadionunda (Monako) baş tutub.
İdman.Biz bildirir ki, görüşdə komandalar qol vura bilməyiblər.
Bu oyundan sonra “Monako” iki xalla Çempionlar Liqasının cədvəlində sonuncu yerlərdən birindədir. “Tottenhem” isə beş xalla ortada qərarlaşıb.