Joze Mourinyonun komandası bu dəfə də “Nyukasl”a məğlub olub - VİDEO

Xəbərlər
22 Oktyabr 2025 01:52
29
Joze Mourinyonun komandası bu dəfə də “Nyukasl”a məğlub olub - VİDEO

Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Benfika” “Nyukasl”ın qonağı olub.

İdman.Biz-in məlumatına görə, oyun “Sent Ceyms Park” stadionunda baş tutub.

Meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.

Hesabı 32-ci dəqiqədə "Nyukasl"ın hücumçusu Entoni Qordon açıb.

İkinci hissənin 71-ci dəqiqəsində forvard Harvi Barns komandasının qapıçısı Nik Popun ötürməsindən yararlanıb.
Barns daha sonra 83-cü dəqiqədə dubla imza atıb.

3-cü turdan sonra “Nyukasl”ın altı xalı var. Joze Mourinyonun “Benfika”sı isə bir xal belə toplamayıb.

İdman.Biz