“Barselona”nın prezidenti Joan Laporta “Real Madrid”in La Liqanın 17-ci turunun “Vilyarreal” – “Barselona” matçının ABŞ-da keçirilməsinə narazılığına münasibət bildirib.
İdman.Biz bildirir ki, daha əvvəl “Real Madrid”in Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasına (KONKAKAF) matçın keçirilməsinə mane olmaq üçün müraciət etdiyi bildirilib.
“Biz bu cür şeylərə öyrəşmişik. Qarşılaşmanın Mayamidə keçirilməsi məsələsi əvvəllər liqa və “Vilyarreal”la razılaşdırılıb. Biz bunu sakit qəbul edirik. Mayami və ABŞ-dakı azarkeşlərimizi sevindirəcəyik.
“Real Madrid” istədiyini etməkdə azaddır və mən qarışmayacağam. Mən “Barselona”nın prezidentiyəm və “Real Madrid” öz bildiyini edir. Biz qərara alınanları həyata keçirməyə davam edəcəyik və mübahisələrə girməyəcəyik”, - Laporta deyib.