Ronaldonun oğlu U-16 millisinə çağırılıb

Xəbərlər
21 Oktyabr 2025 02:14
30
Ronaldonun oğlu U-16 millisinə çağırılıb

Kriştiano Ronaldonun oğlu Kriştiano Junior Portuqaliya U-16 millisində ilk oyununa çağırılıb.

İdman.Biz bildirir ki, o da atası kimi hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.

15 yaşlı istedadın Antalyada keçiriləcək Federasiya Kubokunda iştirak edəcəyi gözlənilir. 16 yaşadək futbolçulardan ibarət Portuqaliya yığması Türkiyə, İngiltərə və Uelslə qarşılaşacaq.

Ronaldo Junior daha əvvəl Portuqaliya U15 millisinə çağırılıb və may ayında Xorvatiya ilə yoldaşlıq oyununda debüt qolunu vurub. Bu nəticə gənc futbolçunun inkişafını və gələcəkdə atasının yolu ilə getməsi ehtimalını daha da gücləndirir.

İdman.Biz