İsveçdə möcüzə: 1500 nəfərlik kəndin komandası ölkə çempionu oldu - FOTO

Xəbərlər
20 Oktyabr 2025 23:51
42
İsveçdə möcüzə: 1500 nəfərlik kəndin komandası ölkə çempionu oldu - FOTO

İsveçin Hellevik kiçik balıqçı kəndindən (əhalisi 1485 nəfər) olan “Möllbü” klub tarixində ilk dəfə ölkə çempionu olub.

İdman.Biz bildirir ki, klubun illik büdcəsi cəmi 2 milyon avrodur, bu yerli liqanın ən kiçik büdcələrindən biridir.

Bu sensasiyanın əsas memarı keçmiş hərbçi və kənd məktəbinin direktoru olan məşqçi Anders Torstenssondur. Onun rəhbərliyi altında “Möllbü” klassik İsveç “avtobus müdafiəsi”ndən əl çəkərək aqressiv pressinqə və topa sahibliyə keçib.

İndi kənd komandası Çempionlar Liqasının seçmə mərhələsində mübarizə aparacaq.

İdman.Biz