Təbrizin “Traktor” klubundan möhtəşəm səfər qələbəsi

Xəbərlər
20 Oktyabr 2025 21:57
75
Təbrizin “Traktor” klubundan möhtəşəm səfər qələbəsi

Asiya Çempionlar Liqasında Təbrizin “Traktor” klubu səfərdə Birləşmiş Ərəb Əmirliklərinin “Şarca” klubu ilə qarşılaşıb.

İdman.Biz bildirir ki, oyun Təbriz klubunun 5:0 hesablı qələbəsi ilə qurtarıb.

Görüşün 6-cı dəqiqəsində “qırmızı qurdlar”ın heyətində albaniyalı Regi Luşkya fərqlənib. 11-ci dəqiqədə Luşkya ikinci topu “Şarca”nın qapısından keçirib. 40-cı dəqiqədə Mehdi Haşemnecad üçüncü qola imza atıb. 45+3-də isə Daniyal Esmailifar hesabı 4:0 edib.

İkinci hissədə 84-cü dəqiqədə Məsud Kazemayni beşinci qolu BƏƏ klubunun qapısına vurub.

Bu qələbədən sonra “Traktor” 3 oyundan 5 xal toplayıb. Komanda Qərb divizionunda üçüncü yerdədir.

İdman.Biz