Xabi Alonso ABŞ-da keçiriləcək oyunla bağlı etirazları dəstəkləyib

Xəbərlər
18 Oktyabr 2025 20:14
31
Xabi Alonso ABŞ-da keçiriləcək oyunla bağlı etirazları dəstəkləyib

“Real Madrid”in baş məşqçisi Xabi Alonso La Liqanın çempionatın matçının ABŞ-da keçirilməsi qərarını bəyənmədiyini bildirib.

İdman.Biz bildirir ki, 17-ci turun “Vilyarreal” – “Barselona” matçı Mayamidə keçiriləcək.

“Mənim fikrim iki ay əvvəl olduğu kimi qalır. Biz bunun əleyhinəyik. Hesab edirik ki, bu, rəqabəti korlayır. Bu matçın təşkili ilə bağlı etirazlar yaxşıdır, çünki onlar bir çox klubların fikrini əks etdirir. Bütün klublar öz mövqelərində yekdildir”, - Alonso deyib.

Daha əvvəl İspaniya Futbolçular Assosiasiyası (AFE) futbolçuların La Liqanın 9-cu turunun bütün oyunlarının başlanğıcında oyunun ABŞ-da təşkil edilməsi qərarına simvolik olaraq etiraz edəcəklərini açıqlamışdı. Cümə günü, oktyabrın 17-də “Ovyedo” və “Espanyol”un futbolçuları matçın ilk 30 saniyəsində topa toxunmayaraq hərəkətsiz qalıblar.

İdman.Biz