Argentina millisinin qapıçısı Emiliano Martines Niko Pasın gələcəkdə Lionel Messinin milli komandadakı rolunu üzərinə götürə biləcəyini bildirib.
İdman.Biz “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper “Komo”nun futbolçusunun Argentinanın əsas oyunçularından birinə çevrilə biləcəyini deyib.
Martinesin sözlərinə görə, Pas komandaya getdikcə daha yaxşı uyğunlaşır və hazırkı çıxışı ilə milliyə dəvət olunmağa layiq olduğunu sübut edir.
“Əgər təvazökarlığını və hazırkı formasını qorusa, Niko Pas Argentinanın 10 nömrəli formasını geyinməyin məsuliyyətini daşıya bilər. O, bizi çoxsaylı qələbələrə apara bilər”, - qapıçı bildirib.
Qeyd edək ki, Niko Pas Kosta-Rika ilə 7:0 hesabı ilə başa çatan oyunda iki qol vurub. Martines həmin görüşdə qapısını toxunulmaz saxlayaraq Argentina millisində bu göstəriciyə görə Serxio Romeronun rekordunu təkrarlayıb. Hər iki qapıçı 47 oyunda qol buraxmayıb, lakin Martines buna 71, Romero isə 96 matçda nail olub.
