"Qalatasaray"ın 34 yaşlı yarımmüdafiəçisi İlkay Gündoğan komanda yoldaşı Leroy Sanenin Almaniya millisinə qayıtma zərurətindən danışıb.
İdman.Biz-in xəbərinə görə, Gündoğan futbolçunun statistikaya görə mühakimə edilməsinə qarşıdır.
“Şəxsən mənim üçün Leroy 2026-cı il dünya çempionatında yığmanın heyətində yer almağa layiqdir. O, hazırda hər hansı bir klubda oynamır, “Qalatasaray”da oynayır və bu, yüksək səviyyədir. Şəxsən mən komanda yoldaşlarımı yalnız statistikasına görə mühakimə etmirəm. Və mən fikirləşmirəm ki, Türkiyə liqası pisdir. Əlbəttə onu Premyer Liqa ilə müqayisə etmək olmaz, lakin dünyanın heç bir liqası onunla müqayisə edilə bilməz. Müvafiq olaraq, hər şeyə bir qədər fərqli prizmadan baxmaq lazımdır” – “Kicker” Gündoğanın sözlərindən sitat gətirib.
Bu mövsüm 29 yaşlı Sane klubda bütün turnirlərdə 9 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.