Fransa Liqa 1-də 2025/2026 mövsümünün 8-ci turunun PSJ – “Strasburq” matçına yekun vurulub.
Oyun Parisdəki “Park de Prens” stadionunda baş tutub. Qarşılaşma 3-3 hesabı ilə başa çatıb.
Oyunun əvvəlində meydan sahiblərinin hücumçusu Bredli Barkola hesabı açıb. “Strasburq”un hücumçusu Xoakin Panişelli 26-cı dəqiqədə hesabı bərabərləşdirib. Birinci hissənin sonlarında hücumçu Dieqo Moreyra qonaqları hesabda önə keçib – 1:2.
49-cu dəqiqədə Paniçelli dubl edib. 58-ci dəqiqədə hücumçu Qonçalo Ramos hesab arasındakı fərqi azaldıb. 80-ci dəqiqədə parislilərin yarımmüdafiəçisi Senni Mahulu hesabı bərabərləşdirib.
PSJ 8 turdan sonra 17 xalla çempionatın lideridir. “Strasburq” 16 xalla ikinci yerdədir.