İspaniyalı futbolçular Mayamidə keçiriləcək La Liqa matçına kəskin etiraz ediblər

Xəbərlər
17 Oktyabr 2025 23:05
36
İspaniyalı futbolçular Mayamidə keçiriləcək La Liqa matçına kəskin etiraz ediblər

La Liqanın 9-cu turunun bütün oyunlarında matçın əvvəlində futbolçular simolik etiraz aksiyası keçirəcəklər.

İdman.Biz bildirir ki, bu barədə İspaniya Futboçular Assosiasiyası (AFE) bəyan edib.

Bəyanatda bildirilir ki, futbolçular bunu “Barselona” – “Vilyarreal” oyununun Mayamidə keçirilməsinə qarşı edirlər.

AFE ABŞ-da keçirilməsinin mümkünlüyü ilə bağlı situasiyanı “şəffaflığın, dialoqun və liqanın hərəkətlərində koordinasiyanın olmadığı bir vəziyyət” kimi şərh edib.

Assosiasiyanın bəyanatını La Liqa klublarının kapitanları da dəstəkləyiblər.

UEFA daha əvvəl “Vilyarreal” – “Barselona” matçını ABŞ-da keçirməyə icazə verib.

“Həmkarlar İttifaqı “Barselona” və “Vilyarreal”ın oyunçularını bu təşəbbüsə cəlb etməmək qərarına gəlib. Bu, etirazın hər hansı kluba qarşı mümkün tədbir kimi şərh olunmaması üçün edilib. Lakin bu klubların oyunçuları əsas mövqeyi və həlledici məqamları dəstəkləyirlər.

La Liqanın davamlı mənfi və ziddiyyətli təklifləri ilə üzləşən AFE, idmanımızın əsas simaları tərəfindən bəyənilməyən layihəni qəti şəkildə rədd edir və liqadan məlumat mübadiləsinin aparılacağı, layihənin müstəsna xüsusiyyətlərinin təhlil ediləcəyi, oyunçuların ehtiyac və qayğılarının nəzərə alınacağı, cari normaların və futbolçuların əmək hüquqlarının təmin edilməsinə zəmanət veriləcəyi danışıqlar masasının yaradılmasını tələb edir”, - AFE-nin bəyanatında deyilir.

İdman.Biz