Nik Voltemade Premyer Liqanın ən bahalaşmış oyunçusudur

Xəbərlər
17 Oktyabr 2025 19:44
29
Nik Voltemade Premyer Liqanın ən bahalaşmış oyunçusudur

“Transfermarkt” İngiltərə Premyer Liqası futbolçularının bazar qiymətlərini yeniləyib.

İdman.Biz bildirir ki, ən böyük artım “Nyukasl Yunayted”in hücumçusu Nik Voltemadedə olub. Almaniya millisinin forvardı dəyərini 35 milyon avro artıraraq, hazırda 65 milyon avroya çatıb.

İngiltərə Premyer Liqasında ən çox dəyərini artıran 10 oyunçu bunlardır:

Nik Voltemade (“Nyukasl Yunayted”) — 65 milyon avro (+35 milyon avro).
Aleksander Isak (“Liverpul”) — 140 milyon avro (+20 milyon avro).
Karlos Baleba (“Brayton”) — 60 milyon avro (+20 milyon avro).
Kevin Lopez (“Fulhem”) — 30 milyon avro (+18 milyon avro).
Mateus Fernandes (“Vest Hem”) — 32 milyon avro (+17 milyon avro).
Ceydi Kanvo (“Kristal Palas”) — 20 milyon avro (+16 milyon avro).
Rayan Qravenberh (“Liverpul”) — 90 milyon avro (+15 milyon avro).
Sandro Tonali (“Nyukasl”) — 75 milyon avro (+15 milyon avro).
Brayan Mbemo (“Mançester Yunayted”) — 70 milyon avro (+15 milyon avro).
Joao Pedro (“Çelsi”) — 65 milyon avro (+15 milyon avro).

Voltemade bu mövsüm “Nyukasl”da yeddi matçda dörd qol vurub.

İdman.Biz