Ərəbistanlı nazir: “Dünyanın ən yaxşı futbolçularını yığmağa davam edəcəyik”

Xəbərlər
8 Dekabr 2023 13:47
890
Ərəbistanlı nazir: “Dünyanın ən yaxşı futbolçularını yığmağa davam edəcəyik”

“Deyirlər ki, çox xərcləyirik. Bunu ilk dəfə İngiltərə Premyer Liqası etdi və onlar da belə başlamışdılar. Niyə o vaxt heç kim bu sualı vermədi?”.

İdman.biz xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın idman naziri Əbdül Əziz bin Turki Əl Feysal Ərəbistan Pro Liqası haqqında danışarkən deyib.

Liqalarına ulduz futbolçuların axın etdityi vurğulayan nazir bildirib ki, oyunların az izlənməsinə səbəb çempionatın yeni qurulmasıdır: “Əminəm ki, gələn il azarkeş marağı daha çox olacaq. Dünyanın hər yerində olduğu kimi, bəzi matçlar digərlərinə nisbətən daha çox tamaşaçı cəlb edir. Lakin indiyə qədərki böyük oyunlarımız rekord sayda izləyici toplayıb. Oyunları dünyanın 147 ölkəsində yayımlamışıq. Liqanı böyütməyi planlaşdırarkən, bu sürətlə edəcəyimizi düşünmürdük. Belə vəziyyət həqiqətən də gözəldir”.

Nazir əlavə edib ki, transfer siyasətlərinə sadiq qalacaqlar: “Liqamıza dünyanın ən yaxşı futbolçularını yığmağa davam edəcəyik”.

Qeyd edək ki, 15 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 41 xalla “Əl-Hilal” başçılıq edir.

İdman.biz