Peşəkar Futbolçular Assosiasiyasının (PFA) prezidenti Maheta Molanqo futbolçular arasında çoxsaylı zədələrə reaksiya verib.
İdman.Biz bildirir ki, 43 yaşlı isveçrəli Molanqo “Atletiko Madrid” və “Brayton” kimi klubların formasını geyinib.
“Faktlarla üzləşməliyik. PFA prezidenti olmamışdan əvvəl mən azarkeşəm. Son beynəlxalq oyunlara baxıram və görürəm ki, Lamin Yamal, Cud Bellingem, Filip Foden, Rodri və hazırkı “Qızıl top”un qalibi (Usman Dembele - red.) yoxdurlar.
Bunun yalnız kişi futbolunda problem olduğunu düşünə bilərsiniz, amma qadın futbolunda da belədir. Lüsi Bronz, Liya Uilyamson sıradan çıxıblar. Bir azarkeş kimi özümə sual verirəm: bu mənim istədiyim futboldurmu? Bu barədə əlahiddə bir hadisə kimi düşünə bilmərik. “Barsa”, “Real”, “Çelsi”dən asılı olmayaraq, dünya futbolunun fəxri olan oyunçuları meydanda görmək istəyirəm... Bu insanlar isə oyundan kənardadırlar”, – Molanqo deyib.