İngiltərə millisinin qapıçısı Cordan Pikford “Everton”la müqaviləsini 2029-cu ilə qədər uzadıb.
“Bunu bacardığım üçün şadam - daha iki il, yəni ümumilikdə dörd il. Sevindiyimdən göyün yeddinci qatındayam. Bu, mənə burada öz izimi buraxmaq üçün imkan verir.
“Everton” mənim üçün həqiqətən xüsusi klubdur. Gənc bir oğlan kimi “Sanderlend”dən gələrək burada əsl kişi kimi yetişmək mənim və ailəm üçün xüsusi vaxtdır. Düşünürəm ki, hər kəs dəyişiklikləri və zamanla necə inkişaf etdiyimi görüb, amma mən hələ də qapıdan qol buraxmağı sevməyən oğlanam. “Everton” mənim inkişafıma kömək edib.
Burada olmaq mənim üçün həmişə təbii idi. Azarkeşlər və ehtiras - bu, müqayisə olunmazdır, mənim sevdiyim şeydir. Bu, mənim üçün çox böyük bir yol oldu”, - deyə Pikford bildirib.
Qapıçı “Everton”da 326 oyun keçirib ki, bu da britaniyalı qolkiperlər üçün rekorddur.