“Real Madrid”in 20 yaşlı türk yarımmüdafiəçisi Arda Gülər komandadakı hazırkı rolunu və fransalı hücumçu Kilian Mbappe ilə münasibətini şərh edib.
İdman.Biz bildirir ki, Gülər bu mövsüm klubda bütün turnirlərdə 10 matçda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Mbappe bəzən yarımmüdafiənin lap dərinliyinə daxil olur, amma bu, onun oyunu nə qədər yaxşı bildiyini göstərir. Onun istedadı qeyri-məhduddur. Meydançada bir-birimizi əla başa düşürük - bəzən sadəcə bir nəzər kifayətdir. Artıq Çempionlar Liqasını qazanmışıq, amma bu mənim üçün kifayət deyil. Mən “Real Madrid”də daha çox titul və qələbələr üçün mübarizə aparmaq istəyirəm”, - Gülər deyib.