2026-cı il dünya çempionatının seçmə mərhələsinin IV turu çərçivəsində keçirilən Şimali İrlandiya - Almaniya matçına yekun vurulub.
İdman.Biz xəbər verir ki, oyunda qonaqlar (almanlar) 1:0 hesabı ilə qalib gəliblər.
Qarşılaşma Belfastdakı “Vindzor Park” stadionunda baş tutub.
Matçın yeganə qolunu 31-ci dəqiqədə Nik Voltemade vurub. Bu qol Voltemadenin böyüklərdən ibarət milli komandada debütü idi.
Bu oyundan sonra Şimali İrlandiya altı xalla A qrupunda üçüncü, Almaniya isə doqquz xalla birincidir.
Növbəti turda Şimali İrlandiya noyabrın 14-də səfərdə Slovakiya ilə, Almaniya isə həmin gün səfərdə Lüksemburqla qarşılaşacaq.