Uels - Qazaxıstan oyununda qalib müəyyənləşməyib

Xəbərlər
14 Oktyabr 2025 01:09
31
Uels - Qazaxıstan oyununda qalib müəyyənləşməyib

DÇ-2026-nın Avropa seçmə mərhələsinin 8-ci turunun oyununda Şimali Makedoniya Qazaxıstanla qarşılaşıb.

İdman.Biz bildirir ki, oyun 1-1 qurtarıb.

Qarşılaşma Skopyedəki “Toşe Proeski” stadionunda baş tutub.

Dinməhəmməd Karaman 54-cü dəqiqədə qonaqları önə çıxarıb, Enis Bardi isə 74-cü dəqiqədə hesabı bərabərləşdirib.

Bu oyundan sonra Şimali Makedoniya 13 xalla J qrupunda ikinci, Qazaxıstan 7 xalla dördüncü pillədə qərarlaşıb.

Şimali Makedoniya noyabrın 13-də Latviya ilə yoldaşlıq oyununda qarşılaşacaq. Qazaxıstan isə noyabrın 15-də dünya çempionatının seçmə mərhələsinin 9-cu turunda Belçikanı qəbul edəcək.

İdman.Biz