DÇ-2026: Belçikadan inamlı səfər qələbəsi

Xəbərlər
14 Oktyabr 2025 00:58
31
DÇ-2026: Belçikadan inamlı səfər qələbəsi

DÇ-2026-nın Avropa seçmə mərhələsinin 8-ci turunun Uels - Belçika matçına yekun vurulub.

İdman.Biz bildirir ki, qarşılaşma 4:2 hesabı ilə qonaqların, yəni, belçikalıların xeyrinə başa çatıb.

Uels yığmasının müdafiəçisi Co Rodon oyunun əvvəlində hesabı açıb. 18-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Kevin De Bruyne penaltidən hesabı bərabərləşdirib. 24-cü dəqiqədə müdafiəçi Tomas Menye Belçikanı hesabda önə keçirib.

76-cı dəqiqədə De Bruyne penaltini dəqiq yerinə yetirərək ikinci qolunu vurub. 89-cu dəqiqədə hücumçu Neytan Brodhed hesab arasındakı fərqi azaldıb. 90-cı dəqiqədə cinah hücumçusu Leandro Trossard “qırmızı şeytanlar”ın matçda dördüncü qoluna imza atıb.

Növbəti turda Uels Lixtenşteyn (15 noyabr), Belçika isə Qazaxıstan (15 noyabr) ilə qarşılaşacaq.

İdman.Biz