Cud Bellingemin valideynləri boşanıb

Xəbərlər
14 Oktyabr 2025 07:12
56
Cud Bellingemin valideynləri boşanıb

“Real Madrid”in ulduz futbolçusu Cud Bellingem və onun qardaşı, “Borussiya Dortmund”un yarımmüdafiəçisi Cobun valideynləri 20 ildən çox evlilikdən sonra boşanıblar.

Bu barədə İdman.Biz “Daily Mail”ə istinadən xəbər verir.

Məlumata görə, keçmiş polis serjantı Mark Bellingem və həyat yoldaşı Deniz oğullarını böyütmək və onları istiqamətləndirmək üçün karyeralarından imtina edərək Uest-Midlendsdəki ailə evlərindən köçüblər. Son illər cütlük müxtəlif ölkələrdə ayrı yaşayırdılar.

Ayrılıqla bağlı söz-söhbətlər keçən həftə Cobun Çempionlar Liqasında “Atletik Bilbao”ya qarşı oyunu zamanı cütlüyün ayrı-ayrı oturarkən görüntülənməsindən sonra yayılmağa başlayıb. Cütlüyə yaxın mənbələr Markın Qərbi Mersia polisində detektiv olan Şelli Punşonla yaxınlıq etdiyini təsdiqləyiblər.

Qeyd edək ki, Mark Denizdən səkkiz yaş kiçikdir.

İdman.Biz