Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.
İdman.Biz bildirir ki, yığma 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.
Bazar ertəsi, oktyabrın 13-də Kabo-Verde seçmə oyunda Esvatinini 3:0 hesabı ilə məğlub edərək D qrupunda birinci yeri tutub.
Komanda 10 turdan sonra 23 xal qazanıb və 19 xalı olan Kamerunu qabaqlayıb.
Qeyd edək ki, “Qarabağ” klubunun yarimmüdafiəçisi Leandro Andrade Kabo Verdedəndir. O, həmçinin Kabe Verde millisində də oynayır.
“Araz-Naxçıvan” klubunun yarimmüdafiəçisi Patrik Andrade isə vaxtilə Kabo Verde millisində oynayıb.