“Milan”ın 30 yaşlı fransız qapıçısı Mik Menyan müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirəndiyi üçün mövsümün sonunda klubu tərk edə bilər.
İdman.Biz-in “La Gazzetta dello Sport”a istinadən verdiyi xəbərə görə, “Yuventus” qapıçı uğrunda yarışa qoşulmağa hazırdır. Klub heyətini gücləndirmək üçün təcrübəli oyunçular axtarır.
Bununla belə, “Bavariya” və “Çelsi” turinlilərlə ciddi rəqabət yarada bilərlər.
Ona görə də hər şey futbolçunun istəyindən və maliyyə tələblərindən asılı olacaq. Onun “Milan”la müqaviləsi 2026-cı ilin iyuluna qədərdir.
Transfermarkt-ın məlumatına görə, onun hazırkı transfer dəyəri 25 milyon avrodur. Menyan bu mövsüm bütün turnirlərdə “Milan”ın heyətində 7 matçda meydana çıxıb.