Didye Deşam: “Sürətimiz Azərbaycanı çətin vəziyyətə saldı”

Xəbərlər
11 Oktyabr 2025 02:35
105
Didye Deşam: “Sürətimiz Azərbaycanı çətin vəziyyətə saldı”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində komandasının Azərbaycanla oyununu şərh edib.

İdman.Biz bildirir ki, Fransa - Azərbaycan oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Bizə doqquz xala çatmaq lazım idi və biz bunu bacardıq. Hər matç konsentrasiya tələb edir, xüsusən də rəqibin yaxşı müdafiə olunduğu oyunlar. Azərbaycan bizim hücumlarımızı məharətlə dəf etdi, lakin sürətimiz və tempimiz sayəsində onları çətin vəziyyətə sala bildik. İlk hissədə bir az hərəkətimiz az olsa da, qələbəyə layiq idik. Daha çox qol vura bilərdik, amma əsas odur ki, nəticə var. Əlbətdə ki, biz razıyıq”, - fransalı məşqçi bildirib.

Jurnalistlər Deşama xatırladıblar ki, 1995-ci ildə Fransa Azərbaycanı 10:0 hesabı ilə məğlub edib və üç ildən sonra dünya çempionu olub. Baş məşqçi buna belə cavab verib:

“Dünya çempionatının 3 ildən sonra keçiriləcəyini düşünmürəm. Məqsədimiz sadəcə ora düşməkdir. Həmin oyun çoxdan olub, səhv etmirəmsə, Oserdə. Mənim hazırkı oyunçularım o zaman heç doğulmamışdılar. Onların vaxta ehtiyacı var - onlar gəncdirlər, amma artıq inkişaf edirlər”.

İdman.Biz

Məqalədə: